Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılacağı vaxt məlum oldu


Digərləri 31 Yan 2018 11:59:00 256 0

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılacağı vaxt məlum oldu

Bu ilin martında Həştərxanda 5 min kv.m sahədə Azərbaycan Biznes Mərkəzi açılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev çoxfunksiyalı beşmərtəbəli binada sərgi zalı, konfrans zalı, ofis yerləri və mini-hotelin yerləşəcəyini bildirib.

Təməli 2016-cı ilin dekabrında qoyulmuş mərkəzin bundan əvvəl ötən ilin sonlarında açılacağı deyilirdi.