Əbülfəs Qarayev Azərbaycanda yeni turizm zonalarının hansı bölgələrdə yaradılacağını açıqlayıb


İqtisadiyyat 31 Yan 2018 11:33:07 297 0

Əbülfəs Qarayev Azərbaycanda yeni turizm zonalarının hansı bölgələrdə yaradılacağını açıqlayıb

"Yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir"

"Yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir: "Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infranstrukturunun qurulmasına imkan yaratmalıdır".