Talassemiya Mərkəzində xidmətlər bəzi xəstələr üçün ödənişli olacaq


Sosial 31 Yan 2018 11:06:26 345 0

Talassemiya Mərkəzində xidmətlər bəzi xəstələr üçün ödənişli olacaq

Valeh Hüseynov: "İstəyimiz odur ki, belə xəstələr müalicə üçün hansısa xarici ölkəyə getməsinlər"

"Respublika Talassemiya Mərkəzi Publik hüquqi şəxs statusu alsa da, burada müalicə olunan xəstələr üçün heç bir xidmət pullu olmayacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərkəzinin direktoru Valeh Hüseynov deyib.

Onun sözlərinə görə, Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verməkdə məqsəd mərkəzin maddi-texniki bazasının daha da təkmilləşdirilməsi, müasir səviyyədə olan laborator və digər müayinələrin talassemiyalı xəstələrlə yanaşı, qan xəstəliyindən əziyyət çəkən digər xəstələrə də xidmət göstərməsini təmin etməkdir.

V.Hüseynov bildirib ki, talassemiyalı xəstələrə dövlət qayğısının artırılması nəzərdə tutulur: "Bu xəstələr üçün heç bir xidmət pullu olmayacaq. İstəyimiz odur ki, belə xəstələr müalicə üçün hansısa xarici ölkəyə getməsinlər. Bu gün buna nail olmuşuq. Kənardan gələn xəstələr üçün digər xidmətlərdən istifadə ödənişli olacaq. Misal olaraq, laborator müayinədən istifadə etmək istəyənlər üçün xidmətlər pullu olacaq. Bu, həm də gələcəkdə sığorta olunan insanlara da şamil ediləcək".