Məhəmməd Əmin Rəsulzadənin unikal FOTOsu


Digərləri 31 Yan 2018 10:57:10 322 0

Məhəmməd Əmin Rəsulzadənin unikal FOTOsu

Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur.

Son.az APA-ya istinadən xəbər verir ki, M. Ə. Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixinin məlum olmadığı qeyd olunub. Açıqcanın arxa tərəfində "Tatar "İqbal" qəzetinin redaktoru Məmməd Əmin Rəsulzadə" yazılıb.

Fotoaçıqcanın yer aldığı unikal kolleksiyanı tarix və dokumentalistika ilə maraqlanan Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib.

M. Ə. Rəsulzadənin fotoaçıqcasının da yer aldığı kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.


Xəbərə aid fotolar