Bakıda dəftərxanada baş verən partlayışda xəsarət alan şəxs öldü


Digərləri 31 Yan 2018 10:48:00 228 0

Bakıda dəftərxanada baş verən partlayışda xəsarət alan şəxs öldü

Yanvarın 27-də səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqılamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib.

Baş həkim Trend-ə bildirib ki, hadisə nəticəsində mərkəzə daxil olan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yamış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Z.Mahmudov aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.