Bakıda dəftərxanada baş verən partlayışda xəsarət alan şəxs dünyasını dəyişdi


Digərləri 31 Yan 2018 10:35:00 203 0

Bakıda dəftərxanada baş verən partlayışda xəsarət alan şəxs dünyasını dəyişdi

Yanvarın 27-də səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib.

Bakı. Samir Əli - Yanvarın 27-də səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsi 18-də baş vermiş baş vermiş partlayış nəticəsində xəsarət alan şəxs dünyasını dəyişib. Bu barədə özəl olaraq Trend-ə açıqılamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. Baş həkim Trend-ə bildirib ki, hadisə nəticəsində mərkəzə daxil olan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun bədəninin 90 faizi yamış vəziyyətdə olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Z.Mahmudov aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib. Xatırladaq ki, yanvarın 27-də səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.