Məhkəmə prokurorun protestini təmin etməyib


Sosial 31 Yan 2018 09:22:00 255 0

Məhkəmə prokurorun protestini təmin etməyib

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində ərinin ölümünə görə təqsirləndirilən Günər Mirzəyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.

“Report" xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib.

Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filalogiya fakultəsinin məzunudur və iki yaşlı övladı var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub. O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.