Ötən gün cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı


Kriminal 31 Yan 2018 09:07:00 268 0

Ötən gün cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər"lə açılıb.

Son.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 18 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.