Tramp Rusiya və Çini ABŞ-ın maraqlarına və dəyərlərinə təhlükəli rəqiblər adlandırıb


Dünya 31 Yan 2018 07:35:38 260 0

Tramp Rusiya və Çini ABŞ-ın maraqlarına və dəyərlərinə təhlükəli rəqiblər adlandırıb

O əlavə edib ki, ABŞ özünün nüvə potensialını yenidən qurmalı və müasirləşdirməlidir

Hazırkı mərhələdə Rusiya və Çin ABŞ-ın maraqlarına, iqtisadiyyatına və dəyərlərinə təhlükə yaradan rəqiblərdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Konqres qarşısındakı ilk illik çıxışı zamanı deyib.

"Təcriddə olan rejimlər, terrorçu qruplaşmalar, Çin və Rusiya kimi rəqiblər bizim maraqlarımıza, iqtisadiyyatımıza və dəyərlərimizə təhlükə yaradır", – deyə D. Tramp söyləyib.

O, əlavə edib ki, ABŞ özünün nüvə potensialını yenidən qurmalı və müasirləşdirməlidir.

“Biz nüvə arsenalımızı yenidən qurmalı və müasirləşdirməliyik. Ümid etməliyik ki, ondan heç vaxt istifadə etməyəcəyik və istənilən təcavüzuin qarşısını almaq üçün bu arsenalı qüdrətli etməliyik", – deyə Ağ Ev rəhbəri vurğulayıb.