Facebookdan MÜHÜM YENİLİK


Digərləri 31 Yan 2018 06:30:00 245 0

Facebookdan MÜHÜM YENİLİK

Dünyada 2 milyarddan çox istifadəçisi olan Facebook ilk dəfə proqramın gizlilik prinsiplərini yayımlayacaq.

Son.az xəbər verir ki, şirkət müştəriyə aid məlumatların necə istifadə edildiyinə dair bilgiləndirmə kampaniyasına start verib.

Şirkət istifadəçilərin gizlilik sisteminin necə işləməsini anlaması və bilgilərini qoruya bilməsi üçün təlim məsqədli videolar yayımlamağa hazırlaşır. Videolarda Facebook-un reklamları göstərə bilmək üçün bilgiləri necə istifadə etdiyi, keçmiş mesajların necə silinə biləcəyi və silinən hesablardakı məlumatlara sonradan nə olduğuna dair informasiyalar yer alacaq.

Şirkətin bu bilgiləri verməkdə məqsədi Facebook-un 25 may tarixində qüvvəyə minəcək Avropa İttifaqının yeni məlumat qorumaq qanunua öncə hazır olmaq istəyidir.