İdlibdə bazar bombardman edilib, 15 ölü, 20 yaralı


Dünya 31 Yan 2018 01:09:49 253 0

İdlibdə bazar bombardman edilib, 15 ölü, 20 yaralı

Ölənlər arasında qadınlar və uşaqlar da var

Suriyada bazar bombardman edilib.

"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə İdlib şəhərində qeydə alınıb. Belə ki, Ariha ərazisindəki "Alhall" bazarının Bəşər Əsədin tərəfdarları olan hərbçilər tərəfindən bombardman edilməsi nəticəsində 15 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralılar xəstəxanalara çatdırılıb.