Bakıda 16 yaşlı gənc bıçaqlanıb


Sosial 31 Yan 2018 00:22:19 291 0

Bakıda 16 yaşlı gənc bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Dəmiryol Vağzalı ərazisində qeydə alınıb.

Belə ki, 16 yaşlı Mahmudov Tərlan Asim oğlu vağzalda tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı o, bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.