Varlılarla yoxsullar arasındakı 10 fərq


Digərləri 30 Yan 2018 23:55:00 237 0

Varlılarla yoxsullar arasındakı 10 fərq

Zəngin insanlarla kasıbların arasındakı fərq nədən ibarətdir? Sözsüz ki, bu fərq təkcə pulun çoxluğundan və azlığından ibarət deyil. Bu iki təbəqə arasında əsas fərqlərdən biri onların dünyaya fərqli baxışları və fərqli düşüncə tərzləridir. Varlılarla yoxsullar arasındakı 10 fərq:

1. Kasıb insanlar elə düşünürlər ki, varlı olmaq üçün formal da olsa təhsil vacibdir. Zəngin insanlar isə daha varlı olmaq üçün xüsusi biliklərin əldə edilməsini zəruri sayırlar.

2. Kasıb insanlar pula emosiya ilə baxırlar. Son.az banco.az-a istinadən bildirir ki, varlı insanlar isə pul haqqında məntiqi düşünürlər.

3. Kasıblar qənaət etmək, zənginlər daha da varlanmaq haqqında fikirləşirlər.

4. Kasıb insanlar pul xərcləməkdə risk etmirlər, zənginlər isə pul xərcləməyin nə vaxt riskli olduğunu dəqiq bilirlər.

5. Kasıblar elə düşünür ki, bütün nadanlıqların səbəbi puldur. Varlılar isə əksinə olaraq belə düşünürlər ki, dünyanın bütün nadanlıqları yoxsulluqdan irəli gəlir.

6. Kasıbların fikrincə pulla sağlamlığın heç bir əlaqəsi yoxdur. Varlıların qənaətinə görə isə pul insanın həyatını xilas etməyə qadirdi.

7. Kasıb insanlar əksər hallarda öz varlanmaqlarını lotereya biletinin uduşunda görürlər. Zənginlər isə varlanmaq üçün yeni ideyalar axtarır, daima hərəkətdə olurlar.