Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Siyasət 31 Yan 2018 00:00:00 143 0

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Dövlət xadiminin anadan olmasından 134 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

"Report" xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Gənc müğənni şəffaf paltarı seçdi  FOTO like
  • 30 Yan 23:58  
Digərləri Gənc müğənni şəffaf paltarı seçdi FOTO

"X Factor" teleşousunun çempionu, 19 yaşlı Luiza Conson Londondak

arrow Ətraflı
Azərbaycanda yeni təriqət yayılıb like
  • 30 Yan 23:57  
Digərləri Azərbaycanda yeni təriqət yayılıb

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıy

arrow Ətraflı
Varlılarla yoxsullar arasındakı 10 fərq like
  • 30 Yan 23:55  
Digərləri Varlılarla yoxsullar arasındakı 10 fərq

Zəngin insanlarla kasıbların arasındakı fərq nədən ibarətdir? Sözsüz

arrow Ətraflı
Məşhur aktyor intihar etdi like
  • 30 Yan 23:54  
Digərləri Məşhur aktyor intihar etdi

Məşhur "Xor" teleserialının tanınmış ulduzu Mark Sallinq intiha

arrow Ətraflı
Şəmkirdə ailəyə basqın edilib, yaralılar var like
  • 30 Yan 23:47  
Digərləri Şəmkirdə ailəyə basqın edilib, yaralılar var

Şəmkir rayonunda qonşular arasında mübahisə yaranıb.

arrow Ətraflı
Ağstafada yolu keçən qadın vurulub like
  • 30 Yan 23:46  
Digərləri Ağstafada yolu keçən qadın vurulub

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi b

arrow Ətraflı
Yerə düşən yemək yeyilə bilərmi? like
  • 30 Yan 23:45  
Digərləri Yerə düşən yemək yeyilə bilərmi?

Bəzi insanlar hesab edir ki, yerə düşən hər hansı bir yemək beş saniyə

arrow Ətraflı
Niyə kişilər özlərindən böyük qadınlarla evlənir? like
  • 30 Yan 23:44  
Digərləri Niyə kişilər özlərindən böyük qadınlarla evlənir?

Xüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadı

arrow Ətraflı
Kişilərin yataqda sevdiyi like
  • 30 Yan 23:42  
Digərləri Kişilərin yataqda sevdiyi

Cinsi həyatı rəngləndirmək üçün yeniliklərə açıq olmaq lazımdır. H

arrow Ətraflı
Qadınlar bu cür davranışları sevmir – like
  • 30 Yan 23:41  
Digərləri Qadınlar bu cür davranışları sevmir –

Kişilərin qadınların hansı xüsusiyyətlərini sevib-sevmədikləri haqda

arrow Ətraflı
İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı? like
  • 30 Yan 23:40  
Digərləri İnsana verilən nemətləri dilə gətirmək lazımdırmı?

Allah Təala insana çox sayda nemət vermişdir. Bu nemətlərin bəzisi davaml

arrow Ətraflı
Әrdoğan səfərini təxirə salıb like
  • 30 Yan 23:37  
Dünya Әrdoğan səfərini təxirə salıb

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan gәlәn hәftә Lat

arrow Ətraflı
İdlib vuruldu: 7 nәfәr ölüb, 18 nәfәr yaralanıb like
  • 30 Yan 23:36  
Dünya İdlib vuruldu: 7 nәfәr ölüb, 18 nәfәr yaralanıb

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa

arrow Ətraflı
Baş ağrılarından şikayətlərin artmasının səbəbi budur like
  • 30 Yan 23:35  
Digərləri Baş ağrılarından şikayətlərin artmasının səbəbi budur

Son vaxtlar hər kəs baş ağrısından şikayətlənir. Günlərlə davam edə

arrow Ətraflı
Afrində nə qədər terrorçu öldürülüb? like
  • 30 Yan 23:34  
Dünya Afrində nə qədər terrorçu öldürülüb?

Türkiyə Silahlı Qüvvələri məlumat yaydı. Məlumatda Racu bölgəsinin

arrow Ətraflı