İnstaqramdan çoxdan gözlənilən yenilik


Şou-biznes 31 Yan 2018 00:00:00 283 0

İnstaqramdan çoxdan gözlənilən yenilik

Populyar İnstaqram şəkil əlavəsi daha çox “WhatsApp” və ya “Skype” kimi messencerlərə oxşamağa başlayacaq.

Axşam.az Lent.az-a istinadən məlumatına görə, yaxın zamanlarda İnstaqram videozəngləri dəstəkləyəcək.

Peşəkar saytın məlumatına əsasən, istifadəçilər arasında mümkün videozənglər sınaqdan keçirilir. Əlavənin aktual versiyasının şifrəsində də İnstaqramda yeni funksiyaya işarə verilib. Gələcəkdə məlumatlar bloku açılsa və konkret istifadəçi seçilərsə, əlavənin yuxarı sağ tərəfində kamera işarəsi peyda olacaq.

Əlavənin tərtibatını nəzərdən keçirən mütəxəssislər müəyyən ediblər ki, hazırda bu düymə aktiv deyil. Ancaq yaxın zamanlarda istifadəçilər video vasitəsilə bir-biri ilə danışa biləcəklər. Bu texnologiyanın nə zaman ictimailəşəcəyi hələlik məlum deyil.