Yerə düşən yemək yeyilə bilərmi?


Digərləri 30 Yan 2018 23:45:00 285 0

Yerə düşən yemək yeyilə bilərmi?

Bəzi insanlar hesab edir ki, yerə düşən hər hansı bir yemək beş saniyədən çox yerdə qalmadığı müddətdə yeyilə bilər. Bəs, bu nə qədər doğrudur, yerə düşən yeməyi yeyə bilərikmi? Bu problemin elmi bir cavabı var.

Son.az deyerler.org-a istinadən bildirir ki, yerə düşmüş bir yeməyə hücum etmək üçün gözləyən bakteriya sürüləri yoxdur. Bu bakteriyalar onsuz da hər tərəfimizi əhatə edir. Yeni silinmiş yerdə belə, bakteriyalar var.

Elm insanları, yerə toxunduğu anda yeməyin çirkləndiyini söyləyir.

2015-də aparılan bir araşdırmaya görə, evlərdəki toz-çirk içində 9 min fərqli növ mikrob canlı tapmaq mümkündür. Bunların 7 minini bakteriyalar meydana gətirir; amma çoxu zərərsizdir. Bu bakteriyalar hər tərəfimizdədir: əllərimizdə, üzümüzdə, evimizdə. Tökülən dərimiz, tənəffüs etdiyimiz hava bakteriya ilə doludur.

Çikaqo Universitetindən mikrob mütəxəssisi Cek Gilbert deyir: "Mikroorqanizmlərdən qaçmaq mümkün deyil. Əslində bir bakteriya dənizi içində yaşayırıq".

Araşdırmalar, hər fərdin bir saat ərzində 38 milyon bakteriya hüceyrəsi saldığını göstərir.

NƏ VAXT YEYƏ BİLƏRİK?

Gilbert həmçinin deyir ki, ətrafın normal ölçülərdə təmiz olduğu vəziyyətdə yerə düşən bir yeməyi götürüb yemək olar, lakin əgər mikrob mənbəsinə düşübsə olmaz.

Amma evdə biri xəstə varsa, ya da gigiyena qaydalarına çox uyğun olmayan bir ölkədəsinizsə, bunun etibarlı olmayacağını bilmək lazımdır.