Ağstafada yolu keçən qadın vurulub


Digərləri 30 Yan 2018 23:46:00 269 0

Ağstafada yolu keçən qadın vurulub

Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobili yolu keçmək istəyən kənd sakini 1989-cu il təvəllüdlü Sadıqova İlahə Şahvələd qızını vurub. Qadın Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.