Gündə bir siqaret ürək xəstəliyi riskini artırır


Digərləri 30 Yan 2018 23:25:00 256 0

Gündə bir siqaret ürək xəstəliyi riskini artırır

Siqarət çəkənlər ürək xəstəliyi və ya insult riskini mənalı dərəcədə azaltmaq üçün çəkdikləri siqaretlərin miqdarını azaltmaq əvəzinə siqarətdən tamamilə imtina etməlidirlər, Britaniya Tibbi Jurnalının (British Medical Journal) araşdırması göstərir.

Araşdırmanı aparan təhqiqatçılar deyirlər ki, gündə bir dənə siqaret çəkənlərdə siqarət çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 faiz, insult riski isə 30 faiz daha yüksəkdir.

Onlar bu nəticələrin siqaret çəkməyin təhlükəsiz çəkmək həddi olmadığı göstərdiyini vurğulayıblar.

Lakin bir ekspert deyir ki, çəkdikləri siqaretlərin miqdarını azaltmağa nail olanların siqareti buraxmağa daha böyük ehtimalı var.

"Tamamilə buraxmalıdırlar"

Siqaret çəkməyin ən riskli ölümcül nəticəsi xərcəng yox, ürək-damar xəstəlikləridir. Bu, siqaret çəkməkdən nəticələnən erkən ölümlərin 48 faizini təşkil edir.

Araşdırmanı həyata keçirən britaniyalı alimlər deyirlər ki, Britaniya əhalisində siqaret çəkənlərin faizi azalsa da, gündə bir və beş ədəd arası siqaret çəkənlərin sayı artmaqdadır.

Alimlər 141 ayrı elmi araşdırmaları nəzərdən keçirərək əldə etdikləri nəticələri BMJ-da dərc ediblər.

Onların araşdırması göstərib ki, gündə 20 ədəd siqaret çəkən 100 orta yaşlıdan ibarət bir qrupun yeddi üzvü ya ürək xəstəliyi və ya insult keçirəcək.

Lakin bu qrupun üzvləri çəkdikləri siqareti günə bir dənəyə endirsələr nəticədə 100 nəfərdən 3-də xəstəlik əmələ gələcək.

Alimlər deyirlər ki, gündə bir ədəd siqaret çəkən kişilərdə ürək-damar xəstəliklərinin yaranması riski siqaret çəkməyən kişilərlə müqayisədə 48 faiz daha yüksəkdir, insult keçirməyin riski isə 25 faiz daha yüksəkdir.

Qadınlar üçün isə eyni halda ürək-damar xəstəliklərinin yaranma riski 57 faiz, insult riskinin isə 31 faiz daha yüksək olduğu qeyd edilir.

Araşdırmaya rəhbərlik edən University Collete London (UCL) Cancer Institute (Xərçəng İnstitutu) professoru Allan Hackshaw BBC-yə deyib: "Bir çox ölkələrdə çoxlu siqaret çəkənlərin siqareti azaltdıqları müşahidə olunur, çünki onlar bunun kifayət olduğunu düşünürlər və xərçəngə gəldikdə, onlar haqlıdırlar."

"Siqaret çəkərkən ürək-damar xəstəliyinə xərçəngdən daha çox tutulmaya gəldikdə, məsələ bu deyil. Onlar siqareti tamamilə buraxıblar."