Dünyanın ən qoca qorillalarından biri ölüb


Digərləri 30 Yan 2018 23:05:00 209 0

Dünyanın ən qoca qorillalarından biri ölüb

Dünyanın ən qoca qorillalarından biri sayılan Vila adlı qorilla 60 yaşında ölüb. O, qorillaların adətən yaşadığı orta müddətdən 20 il çox yaşayıb.

San Diego şəhərində, Safari Park adlı zoopark Vilanın 1957-ci ildə Konqoda doğulduğunu bildirib.

Zoopark işçilərinin bildirdiyinə görə, Vila 5 nəslin "matriaarxı" olub.

"Bu yaşda sağ qalan qorilla dünyada az tapılar", - Kaliforniyada yerləşən zooparkın aparıcı əməkdaşı Peggy Sexton bildirib.

Qorillaların ömür uzunluğu, bir qayda olaraq, 35-40 yaş həddində olur.