Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb


Digərləri 30 Yan 2018 22:52:00 241 0

Qaxda 13 gün əvvəl su kanalına yıxılan kişi xəstəxanada ölüb

Qaxda 13 gün əvvəl su kanalına yıxılan 78 yaşlı kişi xəstəxanada ölüb. Son.az APA-ya istinadən xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində müalicə alan, 1940-cı il təvəllüdlü Qax şəhər sakini Nemət Məhəmməd oğlu Maqsudov bu gün saat 11:50 radələrində ölüb. Qeyd edək ki, 78 yaşlı Nemət Maqsudov yanvar ayının 17-i Qax şəhəri,  İ. Dağıstanlı küçəsindəki su kanalının üstündəki körpüdən keçərkən ehtiyatsızlıqdan kanala yıxılmışdı. Bədbəxt hadisə nəticəsində  ağır kəllə-beyin travması alan Nemət Maqsudovun müalicəsi yanvar ayının 17-dən Qax MRX-nın reanimasiya şöbəsində aparılırdı.