Duada ən əvvəl nə istəyək?


Digərləri 30 Yan 2018 22:40:00 268 0

Duada ən əvvəl nə istəyək?

İmam Sadiq (ə) atasının etdiyi dualar barəsində danışmış və buyurmuşdur ki, Həzrət Baqir (ə) duasında ilk olaraq deyərmiş: "Allahım, canımın islahı!".

Son.az deyerler.org-a istinadən bildirir ki, yəni, etdiyi duanı nəfsini islah etməyi istəməklə başlayır. Halbuki, maddiyyata qərq olmuş insanın etdiyi ilk dua əlbəttə ki, dünyası və maddi həyatı ilə bağlı olacaqdır. Ancaq İmam Baqir (ə) Allahdan istəyir ki, nəfsini, canını islah etməkdə ona yardım etsin.

Həzrət Baqirin (ə) ikinci duası bu olurdu: "Allahım, zürriyəmi islah et ki, onlar mənim əlim və biləyimdirlər". Əlbəttə zürriyyə sözünün mənası genişdir. Əgər qısa mənada işlənərsə, bura övladlar, nəvələr və gələcək nəsillər daxil olar. Əgər geniş mənada işlənərsə, o kəs ki, bu maddi dünyada Qiyamətə qədər Həzrətdən (ə) nəşət almışdır, onların hamısı zürriyə hesab olunur. Əlbəttə ki, İmamın (ə) məqsədi də məhz geniş mənadır.

İmam Baqirin (ə) etdiyi üçüncü dua belə idi: "Allahım, nəslimi islah et, çünki onlar mənim ətim və qanımdırlar". Yəni, bu insanlar bir şəcərənin insanlarıdırlar.

İmam (ə) dördüncü duasında buyurardı: "Allahım, mənim qardaşlarım, bacılarım və sevənlərimin dəstəsini islah et, çünki onların islah olması mənim islah olmam deməkdir".