Sabah Azərbaycanda "Super Qırmızı Ay görünəcək"


Digərləri 30 Yan 2018 22:05:00 401 0

Sabah Azərbaycanda "Super Qırmızı Ay görünəcək"

Çərşənbə günü Azərbaycanda ay tutulması görünəcək.

Son.az BBC-yə istinadən bildirir ki, bu barədə Şamaxı Astrofizika rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ilin ilk ay tutlması Yerin ekvatorial zonasında baş verəcək, yəni Ay kölgənin mərkəzindən keçəcək.

"Yanvarın 31-də Ayın tutulması daha erkən saatlarda başlasa da, Bakı vaxtı ilə 18:00-dan etibarən Ay doğduqca görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq", Xıdır Mikaylov deyib.

Ayın səthi nisbətən qırmızı görünəcək

Rəsədxana nümayəndəsi deyir ki, Ay tutulması təbiət hadisəsidir və təcrübədə bu kimi hadisələrdən insanların ziyan çəkməsi qeydə alınmayıb.

Azərbaycan ərazisində ikinci dəfə müşahidə ediləcək ay tutulması isə iyulun 28-də olacaq.

Həmin təbiət hadisəsi Azərbaycan ərazisində tam müşahidə olunacaq.

Eyni anda həm superay, mavi ay və Ay tutulması müşahidə olunacaq