Biznes ideyaları ilə bağlı 10 qayda


Digərləri 30 Yan 2018 21:55:00 266 0

Biznes ideyaları ilə bağlı 10 qayda

1. Cəfəngiyat uydurmaqdan çəkinməyin

2. Digərlərinin nə düşündüyündə ilişib qalmaq lazım deyil. Əgər öz ideyanıza inanırsınızsa, onda irəli gedin!

3. Biznes ideyası sizin ehtiyacınızdan yaranır. Son.az bizplus.az-a istinadən bildirir ki, bütün dahi kompaniyalar məhz hər hansı bir insanın ehtiyacından yaranıb. Aydındır ki, çoxlu sayda kompaniya digər kompaniyaların ehtiyacı sayəsində yaranıb. Amma bunlar bir qayda olaraq xırda kompaniyalardır.

Sahiblərini milyonçu edən maraqlı biznes ideyalar

4. Çoxlu mütaliə edin. Rəqiblərin saytlarına baxın. Biznes-ideyalara həsr olunan saytları da nəzərdən keçirin. Riçard Brensonun "Çılpaq biznes" kitabını tövsiyə etmək olar, motivasiya baxımından çox müsbət təsir göstərir.

5. Məhz sizə nə lazım olduğu haqda bir də düşünün və götür qoy edin. Onda siz öz işinizi və ya ideyanı necə daha yaxşı inkişaf etdirə biləcəyinizi anlayacaqsınız, əgər qadın paltarlarının satışı sizin üçün maraqlı deyilsə, bu işlə məşğul olmaq lazım deyil.

6. Ətrafınıza nəzər salın, növbəti bir seriala baxmaq əvəzinə yeni texnologiyalar haqqında yazılar oxuyun. Seriallar ilə varlanmaq mümkün deyil.

Biznes ideyası olan tələbə nə etməlidir?

7. İnsanlar ilə ünsiyyətdə olun. Axır vaxtlar fikir vermişəm kimi yeni ideyaların çoxu insanlarla söhbət zamanı ağlıma gəlir. Bəzən hətta söhbəti kəsib, ideyalarımı bloknota qeyd edirəm.