Sürücülərə ŞAD XƏBƏR: Babək prospekti


Digərləri 30 Yan 2018 21:36:00 270 0

Sürücülərə ŞAD XƏBƏR: Babək prospekti

Bakıda ən əsas yollarında olan Babək prospektində geniş təmir, tikinti işləri həyata keçirilir. Yolun altından keçən istismar müddətini başa vurmuş bütün kommunikasiya xətləri yenilənir və yeni asfalat çəkilir. Artıq yeni yolun istifadəyə veriləcəyi vaxt da müəyyənləşib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, eyni vaxtda bir neçə ərazidə iş aparılır. Kommunikasiya xətləri dəyişdirilir, yol yatağı hazırlanır və asfalt vurulur.

Görüntülər uzunluğu 8.7 kilometr olan Babək prospektindəndir.

Kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan ərazilər hissələrlə asfaltlanır. Eyni zamanda bordürlər yeniləri ilə əvəz edilir, yağış barmaqlıqları qoyulur və yeni səkilər salınır.

İşlər yekunlaşdıqdan sonra yolun ortasındakı ərazinin kiçildilməsi sayəsində prospektin eni də genişlənəcək.


Xəbərə aid video