Həkimlərə ehtiyaclı olmamaq üçün 4 sadə təklif


Digərləri 30 Yan 2018 21:20:00 210 0

Həkimlərə ehtiyaclı olmamaq üçün 4 sadə təklif

Həzrət Əmirəl-möminin (ə) buyurur: "Suyu ayaq üstə içməkdən çəkinin. Çünki dəlilik elə bir xəstəlikdir ki, dərmanı yoxdur, məgər o halda ki, Allah Təala şəfa verər".

Son.az deyerler.org-a istinadən bildirir ki, mərhum Səduq buyurur: "Burada məqsəd - gecə vaxtı su içməkdir. Ancaq gündüz suyu ayaq üstə içmək faydalıdır. Çünki İmam Sadiq (ə) buyurmuşdur: "Gündüz suyu ayaq üstə içmək damarları açar və bədəni gücləndirər"".

İmam Əli (ə) buyurub: "Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükür etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz".

İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində: "Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib".