Yük maşını qəza törətdi: yanacaq yola töküldü VİDEO


Digərləri 30 Yan 2018 21:11:00 275 0

Yük maşını qəza törətdi: yanacaq yola töküldü  VİDEO

Yevlax rayonunda yük avtomobili qəzaya uğrayıb.

Hadisə şəhərin mərkəzində baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, TM AH 20 33 TR dövlət nömrə nişanlı yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb. Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yük maşınının sürücüsü, 1979-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Habidqullayev Təkmuhamməd Niyazməhəmməd oğlu xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.