Səhiyyənin inkişafı diqqət mərkəzindədir VİDEO


Digərləri 30 Yan 2018 21:12:00 330 0

Səhiyyənin inkişafı diqqət mərkəzindədir  VİDEO

Bu il ərzində də əhalinin keyfiyyətli səhiyyə təminatı prioritet istiqmətlərdən olacaq. Regionların sosial iqtisadi inkişafı dövlət proqramının icrasının 4-cü ilinə həsr olunmuş təbridə prezident ilham əliyev bu məsələni xüsusi diqqətdə saxlayıb. Dövlət başçısı bu istiqamətdə qarşıya konkret vəzifələr qoyaraq tapşırıqlar verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əhaliyə göstərilən səhiyyə xidmətlərinin əhatəsinin genişləndirilməsi və keyfiyyətin artırılması birbaşa dövlət başçısının nəzarətindədir. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi bununla bağlı da il ərzində görüləcək işlərlə bağlı konkret tapşırıqlarını verib.

Dövlət başçısının sadaladığı rayonlardan Goranboyda inşa edilən xəstəxanada artıq beton işləri yekunlaşıb. Hazırda binanın daxilində arakəsmələr və suvaq işləri görülür. Layihəyə uyğun olaraq yeni tikilən tibb ocağının həyətində bir mərtəbəli yolxucu xəstəliklər və pataloji anatomiyya üçün bina, həmçinin qazanxana, çamaşırxana, su anbarı, transfarmator stansiyası da tikiləcək. Goranboy Rayon Mərkəzi Xəstəxanasının yeni binasının bu ilin sonuna kimi təhvil verilməsi gözlənilir.

Elə Qubada da inşaat işləri davam edir. Tibb ocağında suvaq işləri aparılır, rəngləmə işi görülür, qapı pəncərələr asılır. Binada kommunikasiya xətlərinin çəkilişi tamamlanıb.

Naftalanda tikilən xəstəxanada daş-hörgü işləri tam başa çatıb. 65 çarpayılıq Naftalan Şəhər Xəstəxanasında, şüa-diaqnostika, cərrahiyyə, travmatologiya, reanimasiya, mama-ginekologiya, pediatriya və təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Tibb ocağının bu ilin aprel ayında təhvil verilməsi gözlənilir.

Milli Məclisin səhiyyə komitəsinin üzvü millət vəkili Musa Quliyev deyir ki, ölkədə mövcud olan səhiyyə müəssisələri keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün bütün zəruri şrəaitə malikdir. yeni inşa olunanlarda da bu standartlar gözləniləcək.


Xəbərə aid video