DGK yeni tranzit sisteminə qoşulmaq istəyir VİDEO


Digərləri 30 Yan 2018 21:14:00 260 0

DGK yeni tranzit sisteminə qoşulmaq istəyir  VİDEO

Ölkəmiz yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulmaq niyyətindədir. Bu isə avropa ölkələrinə tranzit yükdaşımaları daha da sürətli həyata keçirməyə imkan verəcək. Bunula da beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması həyata keçiriləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən sistemə qoşulmaq niyyətindədir. Bu sistem vasitəsi ilə bütün avropa ölkələrinə yüklərin göndərilməsi vahid bazadan idarə olunur.

Ölkəmizin bu sistemə qoşulması ilə beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması həyata keçiriləcək. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə ,bu sistemə qoşulmaqla ölkəmizdə tranzit daşımalar daha da sadələşəcək.

2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında ötən il gömrük komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun artıqlaması ilə yerinə yetirildiyi bildirilib. Belə ki, 2 milyard 250 milyon manat büdcə proqnozuna qarşı, 2 milyard 608 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Dövlət Gömrük komitəsinin sədri Aydın əliyevin sözlərinə görə may ayında Bakıda "Səlahiyyətli İqtisadi Operator" Assosiasiyasının iclası keçiriləcək. Bu isə tanınmış logistik şirkətlərlə yerli müəssisələr arasında əlaqələri inkişaf etdirəcək.

Qeydə edək ki, bu gün həmçinin gömrük işçiləri peşə bayramını qeyd edir. Bu münasibətlə dövlət gömrük komitəsinin işçiləri fəxri xiyabanda olub. Ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilərək məzarı önünə əklil qoyulub. Daha sonra isə görkəmli oftalmoloq-alim, akademik zərifə xanım əliyevanın məzarı ziyarət edilib.


Xəbərə aid video