Türk Təbiblər Birliyinin Mərkəzi Şurasının üzvləri saxlandı


Dünya 30 Yan 2018 21:05:00 233 0

Türk Təbiblər Birliyinin Mərkəzi Şurasının üzvləri saxlandı

Türkiyə silahlı qüvvələrinin Afrindəki əməliyyatına qarşı çıxaraq "müharibə xalqın səhhətinə aid məsələdir" deyən Türk Təbiblər Birliyinin (TTB) Mərkəzi Şurasının 11 üzvü saxlanıb.

Bundan əvvəl Türkiyə hakimiyyəti Afrin əməliyyatına qarşı çıxan və ya onu tənqid edən şəxsləri təqib edəcəyi barədə xəbərdarlıq etmişdi.

Tutulanların arasında siyasətçilər, jurnalistlər və fəallar da olub.

Ankara Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, TTB rəsmilərinin "11 rəhbərinin saxlanması barədə qərar verilmişdir".

Saxlanan rəsmilər arasında TTB rəhbəri Raşit Tükellə yanaşı təşkilatın Mərkəzi Şurasının üzvləri də var. Bunlar Sezai Berber, Sinan Adıyaman, Selma Güngör, Şeyhmus Gökalp, Hande Arpat, Ayfer Horasan, Taner Gören, Funda Obuz, Yaşar Ulutaş və Nazım Yılmazdır.

Saxlanmış həkimlərin xəstəxanadakı otaqlarında da axtarış aparılacağını bildirilir.

Polis TTB Baş Qərargahında reyd həyata keçirib. Binada axtarış aparılır.