Fədayə Laçının vəkili: Səhhəti yaxşı deyil


Digərləri 30 Yan 2018 20:41:00 185 0

Fədayə Laçının vəkili: Səhhəti yaxşı deyil

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkil bildirib ki, görüş zamanı F.Laçının səhhəti ilə maraqlanıb: "Səhhəti yaxşı deyil. Bildiyiniz kimi, o, hepatit xəstəliyindən əziyyət çəkir. Ağırlaşma yoxdur, amma yaxşı da deyil. Saxlanma şəraiti normaldır, şikayəti yoxdur".