Elektrik şəbəkələrinə qanunsuz qoşulan 27 obyektin fəaliyyəti dayandırılıb


Digərləri 30 Yan 2018 18:43:00 130 0

Elektrik şəbəkələrinə qanunsuz qoşulan 27 obyektin fəaliyyəti dayandırılıb

2017-ci il ərzində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən dövlət elektroenergetika və enerji təchizatı müəssisələrində, elektrik enerjisi istehlakçılarında 634 texniki, 84 təkrar, 8 kompleks araşdırma və digər araşdırma aparılıb.

Son.az apa-ya istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Məlumata görə, 2017-ci il üçün Energetika Nazirliyinin təsdiq etdiyi iş planına əsasən "Azərenerji" və "Azərişıq" ASC-nin nümayəndələrinin iştirakı ilə Mingəçevir SESS, Şəmkir SESS, 110/35/10 kV-luq "Yevlax", "Günəşli", "Tüklə", "Binə", "Gəncə III", "Xudat", "Şahdağ", "ETK-4", "Tovuz", "8-ci km", "Xudat", "Yasamal-1" yarımstansiyalarında elektrik qurğularında avadanlıqların texniki istismar, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vəziyyəti üzrə araşdırmalar aparılıb və müvafiq aktlar tərtib edilib. Aparılmış araşdırmalar zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilib.

İl ərzində Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələrinin əməkdaşları tərəfindən 1320 inzibatı protokol tərtib edilərək, 119190 manat məbləğində cərimə tətbiq edilib ki, bu məbləğdən 110830 manat məbləğin ödənilməsi təmin edilib. Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində istər tərtib edilmiş inzibati protokolların sayında, istərsə də tətbiq edilmiş inzibati cərimənin miqdarında azalma olub. Buna səbəb sahibkarlıq sahəsində yoxlamaların müvafiq qanuna əsasən 01.11.2015-ci il tarixində dayandırılmasıdır.

Eyni zamanda, elektrik şəbəkələrinin mühafizəsi qaydalarının pozulması və digər hüquqpozmalarla əlaqədar aşkar edilmiş inzibati xətaların aradan qaldırılması üçün aidiyyəti orqanlara müvafiq təqdimatlar göndərilib.

İdarə tərəfindən aparılmış araşdırmalar nəticəsində 2017-ci il ərzində "Azərişıq" ASC-nin regional bölmələri üzrə ümumilikdə 108 obyektin gücü 2662,0 kVt və 35872 kVA olmaqla "Elektrik enerjisindən istifadə Qaydaları"nın tələblərini pozaraq, texniki sənədləşdirmə aparılmadan elektrik şəbəkələrinə qoşulduğu aşkar edilib.

Pozuntularla elektrik şəbəkələrinə qoşulmuş obyektlər barəsində tədbir görülməsi, o cümlədən onlara elektrik enerjisi verilişinin dayandırılması barədə Dövlət Enerji Nəzarəti İdarəsinin regional bölmələri tərəfindən enerji təchizatı müəssisələrinə tələbnamələr verilib və müraciətlər edilib.

Aİ: Azərbaycanla aviasiya sazişi üzrə danışıqlarda irəliləyiş hiss olunur like
  • 30 Yan 18:36  
Siyasət Aİ: Azərbaycanla aviasiya sazişi üzrə danışıqlarda irəliləyiş hiss olunur

Avropa İttifaqı (Aİ) və Azərbaycan aviasiya sazişi üzrə danışıqlarda

arrow Ətraflı
Ben Arfa: "PSG-də mövcud olmadığımı hiss edirəm" like
  • 30 Yan 18:34  
İdman Ben Arfa: "PSG-də mövcud olmadığımı hiss edirəm"

PSG-nin yarımmüdafiəçisi Hatem Ben-Arfa özünü xoşb

arrow Ətraflı
Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi müzakirə edilib (FOTO) like
  • 30 Yan 18:33  
Digərləri Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi müzakirə edilib (FOTO)

Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusund

arrow Ətraflı
Aİ BakıTbilisiQars dəmir yolunun potensialından istifadə etmək niyyətindədir like
  • 30 Yan 18:31  
Digərləri Aİ BakıTbilisiQars dəmir yolunun potensialından istifadə etmək niyyətindədir

Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından

arrow Ətraflı
Dünyanın ən yaşlı kişisi öldü  113 yaşında like
  • 30 Yan 18:24  
Dünya Dünyanın ən yaşlı kişisi öldü 113 yaşında

İspaniyanın Badaxos əyalətində dünyanın ən yaşlı kişisi Fransisko Nun

arrow Ətraflı
Mülki Aviasiya Agentliyinin fəaliyyəti müzakirə edilib like
  • 30 Yan 18:22  
Digərləri Mülki Aviasiya Agentliyinin fəaliyyəti müzakirə edilib

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna

arrow Ətraflı
Tələbə anasına şikayətləndi, tanımadığı like
  • 30 Yan 18:18  
Digərləri Tələbə anasına şikayətləndi, tanımadığı

Bu hadisəyə hələ də inanan bilmirəm. Deməli, dünya yaxşı insanlardan x

arrow Ətraflı
"Manchester City" öz transfer rekordunu yenilədi like
  • 30 Yan 18:16  
İdman "Manchester City" öz transfer rekordunu yenilədi

"Manchester City" müdafiə xəttini gücləndirib. Goal.az xəbər veri

arrow Ətraflı
Neapolda ƏMƏLİYYAT  Farellinin 19 mafiozu tutuldu like
  • 30 Yan 18:12  
Dünya Neapolda ƏMƏLİYYAT Farellinin 19 mafiozu tutuldu

İtaliyanın Neapol şəhərində polis qüvvələri "Kamorra" mafiyas

arrow Ətraflı
İslam Kərimovun nəvəsi Britaniyadan sığınacaq istədi like
  • 30 Yan 18:11  
Digərləri İslam Kərimovun nəvəsi Britaniyadan sığınacaq istədi

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun 25 yaşlı nəvəsi İslam

arrow Ətraflı
Aİ: Azərbaycanla aviasiya sazişi üzrə danışıqlarda irəliləyiş hiss olunur like
  • 30 Yan 18:09  
Digərləri Aİ: Azərbaycanla aviasiya sazişi üzrə danışıqlarda irəliləyiş hiss olunur

Avropa İttifaqı və Azərbaycan aviasiya sazişi üzrə danışıqlarda irəli

arrow Ətraflı
Aİ Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından istifadə etmək niyyətindədir like
  • 30 Yan 18:03  
Digərləri Aİ Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından istifadə etmək niyyətindədir

Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından

arrow Ətraflı
Türkiyəli nazir: "Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək" like
  • 30 Yan 18:02  
Digərləri Türkiyəli nazir: "Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək"

Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək

arrow Ətraflı
Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edilib (FOTO) like
  • 30 Yan 18:01  
Digərləri Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edilib (FOTO)

Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına dəstəyini davam etdir

arrow Ətraflı
Bu gün Əfv Komissiyası toplaşdı  100ə qədər müraciətə baxıldı like
  • 30 Yan 17:58  
Digərləri Bu gün Əfv Komissiyası toplaşdı 100ə qədər müraciətə baxıldı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün icl

arrow Ətraflı