Türkiyəli nazir: "Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək"


Digərləri 30 Yan 2018 18:02:00 248 0

Türkiyəli nazir: "Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək"

Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək. Oradakı terrorçular  tamamilə təmizlənmədən əməliyyat bitməyəcək. Bunun başqa yolu yoxdur.

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli ölkə parlamentində "Zeytun budağı" əməliyyatının gedişatı ilə bağlı çıxışında deyib.

O, terrorçulardan azad olunan ərazilərin gələcək taleyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Bəzən soruşurlar ki, terrorçulardan təmizlənən torpaqları nə edəcksiniz? "Fərat qalxanı" əməliyyatında nə oldusa, indi də o olacaq. Əvvəlcə, torpaqlarından ayrılan suriyalılar evlərinə qayıdacaq. Çoxlu sayda suriyalı qaçqının Afrinə qayıdacağına inanırıq".  Müdafiə naziri bildirib ki, Afrində indiyədək 649 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, terrorçuların 4370 hədəfi atəşə tutulub, 458 hədəfi havadan vurulub.