Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edilib (FOTO)


Digərləri 30 Yan 2018 18:01:00 231 0

Olimpiadaçı şagirdlər üçün qış məktəbi təşkil edilib (FOTO)

Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına dəstəyini davam etdirir.

Bakı. Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına dəstəyini davam etdirir. Şirkətdən Trend-ə verilən məlumata görə, bu dəfə Təhsil Nazirliyi ilə birlikdə Azercell şirkəti beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində informatika fənni üzrə hazırlaşan şagirdlər üçün qış məktəbini təşkil edib. Azercellin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində baş tutan qış məktəbi layihəsində Bakıdan və eləcə də bölgələrdən 20 nəfər şagird iştirak edib. Məşğələlər yuxarı yaş qrupu 10-11-ci sinifləri və aşağı yaş qrupu 8-9-cu sinifləri əhatə edib.