Aİ Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından istifadə etmək niyyətindədir


Digərləri 30 Yan 2018 18:03:00 303 0

Aİ Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından istifadə etmək niyyətindədir

Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından istifadə etmək niyyətindədir.

Bakı. Maksim Tsurkov - Avropa İttifaqı (Aİ) Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialından istifadə etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey mətbuat konfransında deyib. H.Hololey qeyd edib ki, Aİ Asiya istiqamətində yaradılan yeni nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun potensialından yararlanmaq niyyətindədir. Onun sözlərinə görə, BTQ Avropa ilə Asiyanı birləşdirən, böyük ticarət potensialı olan mühüm dəhlizdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin