Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib


Siyasət 30 Yan 2018 17:48:34 232 0

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib

İndiyədək komissiyaya 1000-dək müraciət daxil olub

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb.

Bildirilib ki, indiyədək komissiyaya 1000-dək müraciət daxil olub.

İclasda 100 müraciətə baxılıb.

Qeyd edək ki, müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.