"Rabitəbank" aktivlərinin həcmini artırdı!


Digərləri 30 Yan 2018 17:55:00 340 0

"Rabitəbank" aktivlərinin həcmini artırdı!

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank -ın  aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat, məcmu kapitalı isə 92 mln. manat təşkil etmişdir.

Müştərilərin müddətli əmanətlərinin həcmində də artım müşahidə edilib. Belə ki, göstəricilər 2,6 % artaraq 248 mln. manat, cari hesablar isə 89,2% artaraq 338 mln. manat təşkil etmişdir. İl ərzində bank tərəfindən 142 mln. manat həcmində kredit verilmişdir. Verilən kreditlərdən 96 mln manat biznes kreditləri və 46 mln. isə istehlak kreditləri təşkil etmişdir.

Cari ilin yekun gəlirlilik  göstəricilərinə gəldikdə isə xalis faiz gəlirləri 12 mln. manat , xalis qeyri-faiz gəlirləri isə 8 mln. həcmində olub.

Bank həmçinin, 2017-ci il ərzində müştəriləri üçün 261 min dəfə 201 mln. manat həcmində sürətli pul köçürməsini və 286. min dəfə 17 mln. manat həcmində kommunal ödənişləri həyata keçirmişdir.

Bank 2017-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart istifadəçilərinin sayını 50.340-a, ATM şəbəkəsini isə 61-ə çatdırmışdır. Müştərilərə Black Edition və Platinum premium kartlar verilmişdir.