Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edilib


Siyasət 30 Yan 2018 17:45:00 246 0

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda "12 Plyus Geosiyasi Qrupu"-nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın MDB, Avropa Şurası və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığını qeyd edib.

D.Paçeko təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində