AntiTAP oyununa "mühacirlər" də qoşuldu


Siyasət 30 Yan 2018 17:35:00 300 0

AntiTAP oyununa "mühacirlər" də qoşuldu

Xaricdəki anti-milli qrup Azərbaycanın strateji maraqlarına qarşı çıxaraq əsl simasını nümayiş etdirdi

Son.az aznews.az-a istinadən yazını təqdim edir.

Xaricdəki anti-milli qrup Azərbaycanın strateji maraqlarına qarşı çıxaraq əsl simasını nümayiş etdirdi

Artıq Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunandan sonra Avropa ölkələri Azərbaycanın təbii qaz ehtiyatlarına da çıxış əldə edəcəklər. Lakin hələ 2010-cu illərin əvvəllərindən etibarən "Cənub Qaz Dəhlizi" layihəsi, onun bir hissəsi olan Transadriatik boru kəməri (TAP) layihəsi əleyhinə Avropada kampaniya yürüdülməkdədir.

Məsələn, TAP kəmərinin bir hissəsi İtaliyanın zeytun bağları ilə məşhur olan Apuliya bölgəsindən keçməli olduğundan, həmin regionda TAP-a qarşı etirazlar qızışdırılırdı.2014-cü ildə İtaliya parlamentində təmsil olunan müxalif mövqeli "5-ulduzlu Hərəkat"ın lideri, keçmiş komediya aktyoru Beppe Qrillo bəyan etmişdi ki, TAP kəmərinin ölkə ərazisindən çəkilməsi üçün referendum keçirilməlidir. Etirazçıların iddialarına görə, dəyişiklik YUNESKO-nun siyahısında olan iki abidəyə, yerli içməli su kəmərlərnə təhlükə törədəcək, həmçinin Aralıq dənizinin nadir heyvanları olan ağqarın suitilərin cütləşməsinə mane olacaqmış. Lakin ağqarın suitilərin cütləşmə problemi ilə yanaşı "Amnesty İnternational" da ağlasığmaz problemlər uyduraraq layihəni insan hüquqları kontekstində təhlükə kimi qələmə vermişdi.

O zaman Müsavat başqanı İsa Qəmbərin oğlu, "Nida"çı Turqut Qəmbər "TAP-a yox, Azərbaycan qazı tələdir" adlı tədbirdə çıxışında demişdi: "Son hadisələrə əsasən Rusiyaya qarşı olunan sanksiyalardan sonra Azərbaycanın enerjı resursları Avropa üçün daha əhəmiyyətli oldu. Lakin enerjı əlaqələrinin inkişafına baxmayaraq, bu o demək deyil ki, Qərb ictimayyəti insan hüquqlarının pozulmasına, mövcud olan siyasi hakimiyyətə göz yummalıdır".

Artıq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan TAP-ın tikintisi 60-62 təşkil edir. ancaq layihə əleyhinə süni şəkildə təşkil edilmiş kampaniyalar hələ də aktuallığını itirmir. Qəribə deyil ki, TAP layihəsi əleyhinə "NO TAP" hərəkatı bu dəfə də azərbaycanlı müxalif mühacirlərin aksiyaları ilə uzlaşır. Sosial şəbəkələrdə payalaşmalardan görünür ki Avropada yaşayan bir qrup müxalif azərbaycanlı Almaniyada və Fransada yeni aksiyalar keçirməyə hazırlaşırlar.

Almaniyadakı aksiyanın Xarici İşlər Nazirliyinin önündə keçirilməsi nəzərdə tutulur. Diqqəti cəlb edən odur ki, bu aksiya Avropada yaşayan azərbaycanlı müxaliflərin ənənəvi "Siyasi məhbuslara azadlıq" şüarı altında keçirilməyəcək. Planlaşdırılan aksiyanın şüarı "Enerji maraqlarına insan haqlarını qurban verməyin" seçilib. Aksiyanın təşkilatçısı "Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri" adlandıran qurum iştirakçıların Berlində rahat toplaşması üçün xüsusi avtobuslar da icarəyə götürüb. Oxşar aksiyanın Parisdə Azərbaycan səfirliyinin önündə də keçirilməsi gözlənilir.

TANAP və TAP layihələrinin əhəmiyyəti haqqında əlavə məlumat verməyə xüsusi ehtiyac görmürük. Çünki Azərbaycanda da, beynəlxalq səviyyədə də bu barədə kifayət qədər məlumat verilib. Bəs kim bu layihədən narahatdır? Əvvəllər də Azərbaycan mediası baş verənlərin arxasında kimin durması haqda araşdırmalar aparmışdı.

İlk növbədə Rusiyanın "Qazprom" nəhənginin adı çəkilirdi. TAP bu şirkətin həyata keçirdiyi "Cənub axını"nın real rəqibidir . Hadisələr göstərir ki, Azərbaycan qazı Avropaya daha əvvəl çatdırılacaq, nəinki "Cənub axını" . Deməli, "Qazprom" öz şərt və qiymətlərini diktə edə bilməyəcək.

İkinci əngəlləyici qüvvə isə Bakı-Tbilisi-Qars layihəsinin çəkilişi zamanı olduğu kimi, yenə də Qərbin öz daxilindədir. O zaman Türkiyə mətbuatı yazırdı ki, Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) hökumətin təlimatı ilə Azərbaycan qazının Avropaya nəqlinə yönəlmiş enerji layihələrini izləyib. Türkiyədəki enerji ekspertlərinə görə, BND-nin hədəfi TANAP, "Nabucco" layihələri və İraqın şimalındakı kürd administrasiyası ilə Türkiyə arasında gizli enerji sövdələşmələri də olub. Azərbaycanla Türkiyə arasında TANAP kəməri layihəsinə dair sazişin imzalanması vəziyyəti dəyişdirdi, "Şahdəniz" qazının Avropaya nəqli üçün "Nabucco"dan daha ucuz və daha az riskli yeni dəhliz imkanı yarandı. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. Amma bu, alman kəşfiyyatının anti-TAP fəaliyyətinin bitməsi demək deyildi. Ortaya nüfuz agentləri, Avropanın müəyyən qurumlarından maliyyələşən QHT fəalları və jurnalistlər şəbəkəsi salınır. Budəfəki təşkilatçlıqda texniki detalların da nəzərə alınması təsadüfə az bənzəyir.

III anti-TAP qüvvə isə həmişə olduğu kimi erməni lobbisidir. Son 6 ayın erməni mediasının və Rusiyada erməni lobbisinin təsirində olan medianın monitorinqi göstərir ki, Azərbaycanın qitənin enerji və nəqliyyat xabına çevrilməsi rəsmi İrəvanı və erməni diasporunu ciddi narahat edib. Narahatlıq sadəcə "analitik yazılar", (xəstə) "beyin mərkəzləri"nin proqnozlarının tirajlanması, ermənipərəst ekspertlərin Qərb və Rusiya mediasında anti-Azərbaycan fəaliyyətlərini gücləndirməsində özünü büruzə vermir. Erməni lobbisinin təsirində olan fondların pulları ilə azərbaycanlı mühacirlərin və müxalif funksionerlərin fəallaşması da həmin narahatlığın təzahürdür.

Odur ki qarşıdan gələn dövrdə xaricdəki müxaliflərin də qoşulduğu anti-Azətbaycan aksiyaları yuxarıda sadalanan qüvvələrin maraqlarına cavab verir və ölkəmizin strateji planları əngəlləmək məqsədi güdür. Bu artıq özlərini "siyasi mühacir" kimi qələmə verən dəstənin əsl anti-milli simasını nümayiş etdirir.