Müdafiə naziri: “Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək”


Dünya 30 Yan 2018 17:18:34 221 0

Müdafiə naziri: “Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək”

Afrində əməliyyatı davam etdiyi 11 gün ərzində Türkiyə Silahlı Qüvvələrinin 5 hərbçisi, Azad Suriya Ordusunun 24 döyüşçüsü şəhid olub

 “Bölgə terrorçulardan tamamilə təmizlənənədək əməliyyat davam edəcək. Oradakı terrorçular  tamamilə təmizlənmədən əməliyyat bitməyəcək. Bunun başqa yolu yoxdur”.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli ölkə parlamentində “Zeytun budağı” əməliyyatının gedişatı ilə bağlı çıxışında deyib.

O, terrorçulardan azad olunan ərazilərin gələcək taleyi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bəzən soruşurlar ki, terrorçulardan təmizlənən torpaqları nə edəcksiniz? “Fərat qalxanı” əməliyyatında nə oldusa, indi də o olacaq. Əvvəlcə, torpaqlarından ayrılan suriyalılar evlərinə qayıdacaq. Çoxlu sayda suriyalı qaçqının Afrinə qayıdacağına inanırıq". 

Müdafiə naziri bildirib ki, Afrində indiyədək 649 terrorçu zərərsizləşdirilib. Onun sözlərinə görə, terrorçuların 4370 hədəfi atəşə tutulub, 458 hədəfi havadan vurulub.

N.Canikli deyib ki, Afrində əməliyyatı davam etdiyi 11 gün ərzində Türkiyə Silahlı Qüvvələrinin 5 hərbçisi, Azad Suriya Ordusunun 24 döyüşçüsü şəhid olub.