"Zeytun budağı"nda Türkiyənin itkiləri barədə


Dünya 30 Yan 2018 17:25:00 251 0

"Zeytun budağı"nda Türkiyənin itkiləri barədə

Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatının başladığı gündən Türkiyə Silahlı Qüvvələri 5 hərbçi itirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir əlavə edib ki, əməliyyatlar zamanı müxalif "Azad Suriya Ordusu"nun 20 üzvü də həlak olub.

Qeyd edək ki, son sutka ərzində Afrində 2 kənd terrorçulardan azad edilib.