Xameneyi: Əfqanıstanda törədilən terror aktı ABŞ-ın planının başlanğıcıdır


Digərləri 30 Yan 2018 17:24:00 224 0

Xameneyi: Əfqanıstanda törədilən terror aktı ABŞ-ın planının başlanğıcıdır

ABŞ Yaxın və Orta Şərqdə hərbi mövcudluğuna bəraət qazandırmaq üçün İŞİD terror təşkilatının döyüşçülərini Əfqanıstana köçürür.

Bakı. ABŞ Yaxın və Orta Şərqdə hərbi mövcudluğuna bəraət qazandırmaq üçün İŞİD terror təşkilatının döyüşçülərini Əfqanıstana köçürür. Trend-in məlumatına görə, bunu İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi deyib. Ə.Xameneyi qeyd edib: "İŞİD-i öz əli ilə yaradan, Suriya və İraq xalqlarına qarşı təzyiq və cinayət alətinə çevirən Vaşinqton indi də terrorçuları Əfqanıstana köçürür. Bununla ABŞ regionda hərbi mövcudluğunu davam etdirməyə bəhanə axtarmağa çalışır".