Türkiyədə daha bir bələdiyyə sədri istefa verdi


Digərləri 30 Yan 2018 17:03:00 263 0

Türkiyədə daha bir bələdiyyə sədri istefa verdi

Türkiyənin Çorum Bələdiyyəsinin sədri Muzaffer Külcü istefa verib.

Son.az report-a istinadən bildirir ki, hakim Ədalət və İnkişaf Partiyasnın üzvü olan M.Külcü vəzifəsindən ayrılması barədə qərarını keçirdiyi mətbuat konfransında bəyan edib. Məlumata görə, Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasnın sədri Rəcəb Tayyib Ərdoğan onun bələdiyyə sədrliyindən istefa verməsini istəyibmiş.  

Qeyd edək ki, M.Külcü 1971-ci ildə Çorumda doğulub. O, 2001-ci il sentyabrın 28-də R.T.Ərdoğan tərəfindən Çorum əyaləti üzrə Ədalət və İnkişaf Partiyasının qurucu sədri təyin edilmişdi. M.Külcü 2002-ci ildə bu əyalətdən millət vəkili seçilib.