Nevill: "Kontekstdən kənarda fikirlərin pis görünür"


İdman 30 Yan 2018 16:28:00 307 0

Nevill: "Kontekstdən kənarda fikirlərin pis görünür"

"Manchester United"in sabiq futbolçusu Fil Nevill yanvarın 23-də qadınlardan ibarət İngiltərə millisinə baş məşqçi təyin olundu. Bundan sonra 41 yaşlı mütəxəsisin illər öncə sosial şəbəkədə qadınlar barədə paylaşdığı bir sıra mübahisəli fikirlər gündəmə gətirildi. Nevill bu səbəbdən tvitter hesabını silməyə məcbur oldu. Goal.az xəbər verir ki, gənc məşqçi bu dəfə 2011-ci ildə həyat yoldaşı barədə paylaşımını aydınlaşdırıb. Nevill şəxsi hesabında : "həyat yoldaşımı darmadağın etdim" - yazmışdı.

"Həmişə özümə kənardan baxıram. 2011-12-ci illərdəki sözlərimə görə özümdən başqa heç kimi günahlandıra bilmərəm. Məişət zorakılığı ciddi məsələdir. Kontekstdən kənarda fikirlərin pis görünür. Amma onların məişət zorakılığı ilə əlaqəsi yoxdur. Söhbət həyat yoldaşımla oynadığım stolüstü tennisdən gedirdi. Buna sübutum yoxdur deyə daha əvvəl açıqlama verməmişdim. Lakin istifadə etdiyim sözlər pis səsləndiyinə görə üzr istəyirəm" - Nevill deyib.

Qeyd edək ki, ingilis çalışdırıcının 2012-ci ildə gender bərabərliyinə əks tviti də müzakirə mövzusuna çevrilmişdi. "Səhərlər qadınların işi yemək hazırlamaq, uşaqların qayğısına qalmaq və yataqları yığışdırmaqdır" - bir paylaşımda yazılmışdı.