Türkiyəli nazir Azərbaycana gələcək


Digərləri 30 Yan 2018 15:54:00 230 0

Türkiyəli nazir Azərbaycana gələcək

Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin (31 yanvar - 03 fevral) ölkəmizə səfəri planlaşdırılıb.

Son.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü də daxildir. İki gün davam edəcək səfərin ilk günü nümayəndə heyətinin ölkəmizdə bir sıra rəsmi görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Səfərin ikinci günü isə Azərbaycan ƏƏSMN ilə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokolun imzalanması gözlənilir.