Leyla Şıxlinskayanın klinikası ilə bağlı məhkəməyə şahidlər məcburi gətiriləcək


Digərləri 30 Yan 2018 15:58:00 242 0

Leyla Şıxlinskayanın klinikası ilə bağlı məhkəməyə şahidlər məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskayanın klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az apa.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda prosesə gəlməyən şahidlər barəsində məhkəməyə məcburi gətirilmə haqda qərar qəbul olunub.

Hakim deyib ki, cinayət işi üzrə 69 nəfər şahid olsa da, onlardan yalnız 13 nəfər dindirilib. Qalan şahidlər məhkəməyə məcburi qaydada gətiriləcək.

Proses fevralın 8-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.