Alpinistlərin axtarışları Mahmuddərədə davam etdirilir


Digərləri 30 Yan 2018 15:55:00 243 0

Alpinistlərin axtarışları Mahmuddərədə davam etdirilir

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam edir.

Bakı. Samir Əli - Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam edir. Bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. Z.Qasımlının sözlərinə görə, Xınalıq və Tufandağ istiqamətində axtarışlar davam etdirilsə də, hələlik heç bir nəticə yoxdur: "Yanvarın 29-da küləkli hava şəraiti axtarışlara mane olurdu, ona görə də, axtarışlar zəif aparılırdı. Amma bu gün yenidən axtarış işləri normal davam etdirilir. Axtarışlara könüllülər də qoşulub".