"Vikipediya"da Kazım Qarabəkir Paşa ilə bağlı önəmli addım


Digərləri 30 Yan 2018 15:26:00 272 0

"Vikipediya"da Kazım Qarabəkir Paşa ilə bağlı önəmli addım

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar "Azərbaycanca Vikipediya"da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da Naxçıvanın azad edilməsində əvəzsiz rol oynayan general Kazım Qarabəkir Paşa məqaləsi yaradılıb.

Məqalədə Kazım Qarabəkir Paşanın Azərbaycan fəaliyyəti, xüsusilə Naxçıvanın daşnaklardan təmizlənməsində göstərdiyi böyük xidmətlər haqqında geniş məlumatlar verilib.