Hakim Leyla Şıxliniskayaya xəbərdarlıq edib


Sosial 30 Yan 2018 15:01:00 218 0

Hakim Leyla Şıxliniskayaya xəbərdarlıq edib

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə 69 nəfər şahidin olduğu elan edilib. Hakim bildirib ki, onlardan sadəcə 13 nəfəri dindirilib. Məhkəmə prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Hakim qeyd edib ki, Leyla Şıxliniskaya da məhkəməyə gəlməsi üçün sonuncu xəbərdarlıq edilib.