Ərdoğan: "Azad Suriya Ordusu terrorçu təşkilat deyil”


Digərləri 30 Yan 2018 14:52:00 210 0

Ərdoğan: "Azad Suriya Ordusu terrorçu təşkilat deyil”

Qərar verəndə Afrinə əvvəlcə mən, sonra siz gedəcəksiniz.

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezdenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan patiyasının parlamentdəki fraksiyasının genişləndirlmiş toplantısında zalda əyləşənlərin "Rəis, bizi Afrinə apar" şüarına cavab verərəkən bildirib.

O, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata toxunub: "Azad Suriya Ordusunun "Fərat Qalxanı" əməliyyatında qəhrəmancasına döyüşdüyünün şahidi olduq. Orada 614 şəhid veriblər. "Zeytun budağı" əməliyyatında Azad Suriya Ordusunun 16 döyüşçüsü şəhid olub, 100-ə yaxını yaralanıb. Buna baxmayaraq, mübarizələrini qəhrəmancasına davam etdirirlər. Afrində indiyədək 649 terrorçunu zərəsizləşdirmişik".

Türkiyə prezidenti deyib ki, Azad Suriya Ordusu terrorçu təşkilat deyil.