Tbilisidə metro stansiyasında tavanın çökməsi nəticəsində xəsarət alanların sayı 14-ə çatıb - YENİLƏNİB


Dünya 30 Yan 2018 14:41:00 265 0

Tbilisidə metro stansiyasında tavanın çökməsi nəticəsində xəsarət alanların sayı 14-ə çatıb - YENİLƏNİB

Xəsarət alanların müalicə xərclərini Tbilisi meriyası öz üzərinə götürəcək

Səhər saatlarında Tbilisidəki "Varketili" metro stansiyasında asma tavanın bir hissəsinin çökməsi nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisinin meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, xəsarət alanların müalicə xərclərini Tbilisi meriyası öz üzərinə götürəcək.

***11:27

Gürcüstan paytaxtı Tbilisidə "Varketili" metro stansiyasında asma tavanın bir hissəsinin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Agentliyindən bildiriblər.

Hadisə yerinə xilasedicilər və polis patrulu gəlib.

Xəsarət alanların xilas edilməsi ilə bağlı işlər başa çatıb.